Filippinlərin Negros adasında yerləşən Kanlaon vulkanında partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Filippin Vulkanologiya və Sismologiya İnstitutunun (Phivolcs) verdiyi məlumata görə, vulkanda yerli vaxtla saat 16:38-də orta şiddətli bir partlayış meydana gəlib.
Təxminən 2 dəqiqə davam edən partlayışdan sonra kraterdən qalxan tünd boz kül buludu 2 min metr hündürlüyə qalxaraq cənub-qərb istiqamətində sürüklənib.
Açıqlamada piroklastik axınların vulkanın cənub və cənub-qərb yamaclarından 1 kilometr aşağıya qədər endiyi bildirilib.
Həmin görüntüləri təqdim edirik: