Türkiyədə ağır yol qəzası - 16 nəfər xəsarət aldı

23:56 - 01 Yanvar 2022

Türkiyədə ağır yol qəzası - 16 nəfər xəsarət aldı

Türkiyədə baş verən zəncirvari yol qəzasında 16 nəfər xəsarət alıb.

Bu barədə Manset.az “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Ankarada qeydə alınıb. Yeniməhəllə rayonunda avtobus zəncirvari qəzaya səbəb olub. Qeyd edilir ki, avtobus qarşı zolağa keçərək digər avtomobilin üzərinə aşıb. Avtobus habelə digər nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az