"Xamenei və Pezeşkian sağdır" - Əraqçi

19:21 - 28 Fevral 2026

\"Xamenei və Pezeşkian sağdır\" - Əraqçi

İsrail və ABŞ-nin zərbələrindən sonra İranın ali rəhbərliyinin, demək olar, bütün üzvləri sağdır.


Manset.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi NBC televiziyasına bildirib.

"Demək olar, bütün rəsmi şəxslər sağ və təhlükəsizlikdədir. Ola bilsin ki, biz bir və ya iki komandirimizi itirmişik, lakin bu, böyük problem deyil", - deyə diplomat qeyd edib.

Efir aparıcıları ölkə prezidenti Məsud Pezeşkianın və ali dini lider Əli Xameneinin hələ də sağ olduqlarını təsdiqləyib-təsdiqləyə bilməyəcəyini dəqiqləşdirməsini istəyiblər.

"Məndə olan məlumata görə, onların hər ikisi sağdır", - deyə nazir bildirib.

Bundan əvvəl İsrailin 12-ci kanalı İranın ali dini lideri Əli Xameneinin səhər saatlarında endirilən zərbə zamanı, böyük ehtimalla, həlak olduğuna dair məlumat yaymışdı. Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur və İranın müdafiə naziri Əziz Nəsirzadənin ölümü ilə bağlı məlumatlar da var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az