İran ordusu Yaxın Şərqdə yerləşən dörd Amerika hərbi bazasına raket zərbələri endirib.
Manset.az Fars agentliyinə istinadən xəbər verir ki, hədəf alınan obyektlər arasında Qətərdəki “Əl-Udeyd”, Bəhreyndəki ABŞ Beşinci Donanmasının bazası, BƏƏ-dəki “Əl-Dəfra” və Küveytdəki “Əl-Salim” hava bazaları var.
Məlumata görə, ABŞ-nin Bəhreyndə yerləşən Beşinci Donanmasının Təmir Mərkəzinə də zərbə endirilib.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı qabaqlayıcı hücum başlatdığını elan etmişdi.