ABŞ və İsrailin İrana hücumu qanunsuzdur, Tehran təcavüzkarlara dərs verəcək.
Manset.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında yazıb.
"İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəsi tamamilə səbəbsiz və qanunsuzdur", - o yazıb.
Nazir bildirib ki, İranın silahlı qüvvələri təcavüzkarlara layiq olduqları dərsi verməyə hazırdır.