İsrail Xameneinin öldüyünü açıqladı - YENİLƏNİB

00:17 - 01 Mart 2026

İsrail Xameneinin öldüyünü açıqladı - YENİLƏNİB

İranın ali lideri Əli Xameneinin bu səhər İsrail hücumu nəticəsində həlak olduğu bildirilir.


Manset.az xəbər verir ki, bunu İsrail rəsmisi The Times of Israel-ə açıqlamasında deyib.

Hadisənin dəqiq vaxtı və istifadə olunan zərbə vasitələri barədə əlavə məlumat hələ açıqlanmayıb.

***

Reuters Xameneinin öldüyünü və nəşinin tapıldığını yazıb.

***

The Times of Israel yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahuya Əli Xameneinin Tehrandakı iqamətgahından çıxarılan cəsədinə aid olduğu bildirilən foto təqdim edilib.

Məlumata əsasən, İsrailin bu səhər İrana qarşı həyata keçirdiyi hücumların ilk dalğasında Xameneinin olduğu bina hədəfə alınıb.

***

Axios-un yazdığına görə, İsrailin Vaşinqtondakı səfiri ABŞ rəsmilərinə bildirib ki, İranın Ali Lideri Əli Xamenei şənbə günü ABŞ və İsrail arasında keçirilən genişmiqyaslı birgə hərbi əməliyyatın bir hissəsi olaraq İsrailin hücumu nəticəsində öldürülüb.

İsrail kəşfiyyatının məlumatına görə, İsrail rəsmisi Xameneinin öldüyünü təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az