ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın ali dini rəhbəri ayətullah Əli Xameneinin ölümü ilə bağlı xəbərləri "etibarlı" hesab etdiyini bildirib.
Manset.az xəbər verir ki, ABŞ lideri bu barədə ABŞ-nin NBC News telekanalına telefonla verdiyi müsahibədə danışıb.
Müvafiq suala cavab olaraq Tramp: "Mən bir çox insanla danışmışam və biz bunun etibarlı məlumat olduğuna əminik", - deyə bildirib.
Onun sözlərinə görə, İranda qərar qəbul edən insanların əksəriyyəti artıq sağ deyil.