Xameneidən sonra İrana rəhbərlik edəcək şəxslər açıqlandı

08:56 - 01 Mart 2026

Xameneidən sonra İrana rəhbərlik edəcək şəxslər açıqlandı

İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn, həmçinin Konstitusiyanın Keşikçiləri Şurasının adı açıqlanmayan üzvü keçid dövründə ölkənin idarəçiliyini öz üzərinə götürəcəklər.


Manset.az Report-a istinadən xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Məhəmməd Möhbər bəyan edib.

Bununla belə, Möhbər dövrün məhz nə qədər davam edəcəyini və qeyd olunan şəxslərin hansı konkret səlahiyyətlərə malik olacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az