İranın cənubundakı Hörmüzqan əyalətinin Minab rayonuna hücumdan sonra qızlar üçün ibtidai məktəbdə ölənlərin sayı artıb.
Manset.az xəbər verir ki, bu haqda “Mizan” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“Ölənlərin sayı 148-ə, yaralıların sayı isə 95-ə çatıb”, - məlumatda deyilir.
Qeyd edək ki, daha öncə ölən şagirdlərin sayının 115 olduğu bildirilirdi.
20:14
Fevralın 28-də İranın Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində həlak olanların sayı artıb.
Manset.az Mizan agentliyinə istinadən xəbər verir ki, bu barədə Minab şəhərinin rəhbəri Məhəmməd Radmehr məlumat verib.
"Minab şəhərinin ibtidai məktəbində həlak olan şagird qızların sayı 153 nəfərə çatıb", - deyə o bildirib.