''Xameneinin ölümünün qisası alınacaq'' - Pezeşkian

15:23 - 01 Mart 2026

\'\'Xameneinin ölümünün qisası alınacaq\'\' - Pezeşkian

İran Ali rəhbər Əli Xameneinin ölümünün qisasını almağı özünün hüququ bilir.


Manset.az Al Jazeera-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.

"İran İslam Respublikası ədalətin və qisasın təmin edilməsini borc və qanuni haqq hesab edir, biz bu öhdəliyi yerinə yetirmək üçün bütün mümkün səyləri göstərəcəyik", - o deyib.

İran hakimiyyəti bazar gününə keçən gecə Xameneinin ölümünü təsdiqləyib. İsrailin Müdafiə Ordusu isə məsuliyyəti öz üzərinə götürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az