Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanda yerləşən bir sıra hərbi obyektlərə yeni hava zərbələri endirib.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamaya əsasən, zərbələr Ravalpindidəki Nur-Xan aviabazasına, Kvetta şəhərində yerləşən 12-ci diviziyanın qərargahına, Hayber-Paxtunxva əyalətinin Məhmand dairəsindəki Xvazay düşərgəsinə və digər hərbi obyektlərə endirilib.
Əfqanıstan tərəfi bildirib ki, əməliyyatlar Pakistan hərbçilərinin Kabilə, Baqram aviabazasına və digər ərazilərə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.