Pakistanda qarşıdurmalar - 25 nəfər həlak oldu

17:11 - 02 Mart 2026

Pakistanda qarşıdurmalar - 25 nəfər həlak oldu

ABŞ və İsrailin İranı hədəf alan hücumlarında İranın dini lideri Ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı etirazlarda Pakistanın ümumi ərazisində 25 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Karaçi şəhərindəki ABŞ Konsulluğunun qarşısında baş verən etirazlarda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar nəticəsində 73 nəfərin yaralandığı bildirilib.

Paytaxt İslamabadda isə etirazçılar hökumət və diplomatik missiyalarının yerləşdiyi Qırmızı Bölgəyə (Red Zone) daxil olmağa cəhd etdikdən sonra təhlükəsizlik qüvvələri gözyaşardıcı qazlardan istifadə edib. Hadisələr nəticəsində 2 nəfər ölüb.

Şimali-qərbdəki Peşavarda keçirilən etiraz aksiyalarında nümayişçilər ilə polis arasında toqquşmalar yaşanıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az