İrana qarşı əməliyyatlarda yaralanan ABŞ hərbçilərinin SAYI 

19:58 - 02 Mart 2026

İrana qarşı əməliyyatlarda yaralanan ABŞ hərbçilərinin SAYI 

Yaxın Şərqdəki əməliyyat zamanı yaralanan ABŞ hərbçilərinin sayı 18-ə yüksəlib.


Manset.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokins bildirib.

Vurğulanıb ki, martın 2-nə olan məlumata görə, ümumilikdə 18 ABŞ hərbçisi ağır yaralı hesab edilir.

Müharibə naziri Pit Heqset bazar ertəsi jurnalistlərə bildirib ki, həftəsonu ABŞ-nin dörd hərbi qulluqçusu Küveytdəki taktiki əməliyyat mərkəzinə sursatın düşməsi nəticəsində ölüb.

O bəyan edib ki, bu itkilər ABŞ-nin əzmini möhkəmləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az