ABŞ Ekvador Silahlı Qüvvələri ilə birlikdə ölkədə terror təşkilatı kimi tanınan qruplaşmalara qarşı yeni hərbi əməliyyata başlayıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin Cənub Komandanlığı "X"hesabında məlumat yayıb.
"ABŞ və Ekvador hərbçiləri terror təşkilatları kimi tanınan yerli qruplara qarşı birgə əməliyyatlar həyata keçirir", - məlumatda deyilir.