ABŞ-İsrail və İran arasında qarşılıqlı hücumlar şiddətini artıraraq davam edərkən Ukrayna Prezidenti Zelenski diqqətçəkən bir açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya qarşı apardıqları müharibədə İranı "cinayət ortağı" olaraq elan edən Zelenski, "İran rejimi həyatları məhv etmək və insanları öldürmək cəhdlərinə görə məsuliyyət daşımalıdır" - sözlərini deyib.
Zelenski Birləşmiş Ərəb Əmirlikləri Dövlət Başçısı və Qətər Əmirinə ilə görüşdüyünü qeyd edərək Orta Şərq və Körfəz ölkələri ilə diplomatik əlaqələrini davam etdirəcəyini bildirib. Ukraynanın müharibə və zorakılığın yayılmasına müqavimət göstərən ölkələrlə həmrəy olduğunu vurğulayıb.