Birləşmiş Ərəb Əmirliklərinə (BAE) yönəlmiş İran mənşəli pilotsuz uçuş aparatları Fransa tərəfindən zərərsizləşdirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Xarici İşlər naziri Jean-Noël Barrot Fransız Hava Qüvvələrinə aid Dassault Rafale tipli döyüş təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərini hədəf alan İran mənşəli pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini bildirib.
Barrot verdiyi açıqlamada Əbu Dabi yaxınlığındakı "El Dafra" Hava Bazasında yerləşən "Rafale" döyüş təyyarələrinin İranın hücumlarına qarşı bazaları qorumaq məqsədilə BƏƏ hava məkanında xidmətə verildiyini bildirmişdi.
Fransa Prezidenti Emmanuel Makron isə münaqişələrin genişlənməsinə cavab olaraq ölkənin amiral gəmisi olan uçuş gəmisinin Aralıq dənizinə göndəriləcəyini açıqlayıb.