"İranın daxilinə doğru irəliləməyə başlayırıq, daha dərin zərbələr endirəcəyik"

19:26 - 04 Mart 2026

\"İranın daxilinə doğru irəliləməyə başlayırıq, daha dərin zərbələr endirəcəyik\"

İranın indiyədək 20-dən çox hərbi gəmisi, çoxlu sayda raket və pilotsuz uçuş aparatları məhv edilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Kane brifinqdə bildirib.

    Onun sözlərinə görə, İranın ballistik raket atışlarında son sutkada 23% azalma qeydə alınıb.

    “Onların kamikadze dronlarının hücumu isə ilk günlərlə müqayisədə 73% azalıb”, - o bildirib.

    Dan Kane müharibənin getdikcə genişləndiyi qeyd edib: “İndi biz daxilə doğru irəliləməyə başlayırıq və İran ərazisinə daha dərin zərbələr endirəcəyik”.

    General ABŞ-ın İrana qarşı müharibədə 6 hərbçisini itirdiyini xatırladıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az