Qətərin baş naziri Əraqçi ilə telefonla danışdı

22:16 - 04 Mart 2026

Qətərin baş naziri Əraqçi ilə telefonla danışdı

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.


Manset.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

O, Tehranı Körfəz ərəb ölkələrinə hücumları dayandırmağa çağırıb.

Baş nazir vurğulayıb ki, bu cür hərəkətlər İran tərəfindən “mehriban qonşuluq niyyətini göstərmir”. Onun sözlərinə görə, onlar İranın “qonşularına zərər vermək”, “onları özlərinin olmayan müharibəyə sürükləmək” istəyini nümayiş etdirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az