Gərginlik artır - Pekin savaşa müdaxilə edəcək? 

11:46 - 06 Mart 2026

Gərginlik artır - Pekin savaşa müdaxilə edəcək? 

Yaxın Şərqdə artan müharibə İran ilə geniş iqtisadi və enerji əlaqələri olan Çin üçün narahatlıq yaradıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pekin hakimiyyəti İrandan gələn neft axınının kəsilməsi və regiondakı milyardlarla dollar həcmindəki sərmayələrinin zərər görməsi ehtimalını yaxından izləyir. Mütəxəssislər müharibənin uzanması halında həm enerji təchizat zəncirinin, həm də Çinin qlobal iqtisadi planlarının təsirlənə biləcəyini bildiriblər. Çinin böhran vəziyyətinə görə daha fəal bir rol oynama ehtimalı müzakirə edilir.

ABŞ və İsrailin hücumları ilə başlayan müharibə İran ilə enerji və sərmayə əlaqələri olan Çin üçün yeni bir qeyri-müəyyənlik dövrü yaradıb. Pekin hakimiyyəti qısa müddətdə neft ehtiyatları sayəsində enerji təchizatını davam etdirə biləcək vəziyyətdədir. Çinin bir neçə aylıq ehtiyat qədər strateji neft rezervinə sahib olduğu məlumdur.

Enerji axınında uzunmüddətli kəsinti yaşanarsa, Pekin Rusiyadan tədarükün artırılması variantını dəyərləndirə bilər. Digər tərəfdən mütəxəssislər Yaxın Şərqdəki qeyri-sabitliyin Çin iqtisadiyyatı üçün orta və uzun müddətdə daha geniş təsirlər yarada biləcəyinə diqqət çəkirlər.

Çin hakimiyyəti, xüsusilə, İrandakı sərmayələrini və regiondakı enerji xətlərini qoruma ehtiyacını gündəmə gətirir. Pekinin qlobal ticarət yollarının böyük hissəsi Yaxın Şərqdən keçdiyi üçün müharibənin uzanması, Çinin iqtisadi planlarına birbaşa təsir göstərəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az