Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Rusiya ərazisinə PUA hücumu həyata keçirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynaya aid 102 pilotsuz uçuş aparatını (PUA) təsirsiz hala gətirdiklərini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada gecə ərzində PUA-ların müxtəlif bölgələrdə və Azov dənizi üzərində vurulduğu bildirilib.