Ərdoğan Baxçalı ilə Görüşdü

18:11 - 05 Yanvar 2022

Ərdoğan Baxçalı ilə Görüşdü

Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Baxçalı ilə görüşdü.

Manşet.az xəbər verir ki, R.T. Ərdoğan Baxçalını evində ziyarət edib.

Tərəflərin ölkə gündəmini, siyasətin əsasən də iqtisadiyyatın son gündəliyində duran mühüm məsələləri və gözlənilən bəzi qanun layihələrini müzakirə etdilər.

AK Partiya sözçüsü Ömər Çelik görüşü şərh edib: “Ərdoğan və Baxçalının görüşü hakimiyyət koalisiyasının ritmi və təbiətinə uyğun şəkildə davam edir”.

Görüş zamanı Ərdoğan Baxçalıya onun məktəb illərinə aid qızıl çərçivəli jurnal hədiyyə edib.

İki lider son dəfə ötən il noyabrın 17-də görüşüblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az