ABŞ Prezidenti Tramp İranla bağlı açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Ağ Evdəki xalqa müraciətində İranla bağlı mövcud vəziyyəti qiymətləndirib.
Tramp, "İran əleyhinə tam qələbə qazandıq. Gələn 2-3 həftə ərzində onlara çox sərt bir zərbə vuracağıq" - ifadələrini işlədib.
ABŞ olaraq İran əleyhinə "Əfsanəvi Qəzəb Əməliyyatı"na başladıqdan sonra qoyduqları məqsədlərin çoxuna çatdıqlarını vurğulayan Tramp yaxın zamanda hücumlarını tamamlayacaqlarını bildirib.