"Mən 10 dəqiqəlik oyunçu deyiləm" - İkardidən NARAZILIQ

13:47 - 02 Aprel 2026

\"Mən 10 dəqiqəlik oyunçu deyiləm\" - İkardidən NARAZILIQ

Son həftələrdə meydana az çıxdığı üçün məyus olan Mauro İkardi buna narazılığını ifadə edib


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İkardi "Mən 10 dəqiqəlik oyunçu deyiləm"- sözlərini səsləndirib.

O, Osimhenin zədələnməsi sonrası yenidən ilk 11-ə dönərək "Qalatasaray"ın hücum xəttində mühüm bir rol götürməyə hazır olduğu məlum olub.

"Qalatasaray"da Viktor Osimhenin zədələnməsindən sonra gözlər Mauro İkardiyə yönəlib. Son həftələrdə məhdud müddət alması ilə diqqət çəkən argentinalı forvard, yaşadığı məyusluğun səbəbini yaxınlarına açıqlayıb.

Əlini sındıran Viktor Osimhenin meydanlardan uzaq qalması texniki heyəti hücum xəttində yeni bir plan qurmağa məcbur edib. Bu müddətdə ən güclü namizəd olaraq Mauro İkardi önə çıxıb.

Son həftələrdə forma şansı tapmaqda çətinlik çəkən İkardi "Alanyaspor"la oyunda 4, "Başakşehir"lə qarşılaşmada 15 və "Liverpool"un cavab matçında isə yalnız 10 dəqiqə meydanda olub. Təcrübəli forvard, bəzi mühüm oyunlarda isə heç vaxt oynamağa şans tapmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az