Qazaxıstanın Almatı şəhər hava limanı etirazçılar tərəfindən ələ keçirilib.
Manşet.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb. “Etirazçılar sərnişinləri terminaldan qovdular. Dedilər ki, onlara toxunmayacaqlar”, - deyə hava limanı əməkdaşı sayta açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, hava limanı mərkəzi girişdən “sakit və dinc şəkildə” ələ keçirilib, işçilər buraxılıb, başqa növbəyə icazə verilib.