Almaniyada hərbi xidmətə dair edilən yeni tənzimləmə ölkədə geniş müzakirələrə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni qərara görə, 17 ilə 45 yaş arasındakı kişilər üç aydan uzun müddət xaricdə səyahət etmədən əvvəl Silahlı Qüvvələrdən icazə almaq məcburiyyətində olacaq.
Yanvar ayında qüvvəyə minən, lakin hələlik çox diqqət çəkməyən bu tənzimləmə gündəmi zəbt edib.
Almaniya Müdafiə Nazirliyi bu tənzimləməni təsdiqləyərək xaricdə uzun müddət qalmaq istəyənlərin hərbi xidmət orqanlarına müraciət etmələrinin zəruri olduğunu bildirib. Rəsmi şəxslər müraciətlərin əsasən rədd edilməyəcəyini qeyd etsə də, icazənin verilməsi prosesinin artıq hüquqi bir öhdəlik olduğunu vurğulayırlar. İcazənin verilməsi həmin dövrdə şəxsi hərbi xidmət üzrə xüsusi bir tapşırığın planlaşdırılmaması ilə əlaqədar olacaq.