"İranla müharibə tezliklə bitəcək, cavab gözləyirik"

17:55 - 07 Aprel 2026

\"İranla müharibə tezliklə bitəcək, cavab gözləyirik\"

"İranla müharibə tezliklə bitəcək".


Manset.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

    O, İranla müharibənin tezliklə bitəcəyini, amma bunun İrandan asılı olduğunu bildirib.

    Vens çıxışında Hörmüz boğazının bağlanmasına da münasibət bildirib.

    “İranlılar Hörmüz boğazından hər nə qədər çox iqtisadi qazanc əldə etməyə çalışsa da, ABŞ-ın İrana daha çox iqtisadi ziyan vermək potensialı var. Onların bizə və dostlarımıza vurduqları ziyandan daha çox zərər vermək qabiliyyətimiz var. Ümid edirəm ki, onlar ağıllı adamlardır”,- Vens qeyd edib.

    Vitse-prezident ABŞ-ın bu gün saat 8-ə qədər İrandan cavab alacağına arxayın olduğunu, lakin bu cavabın müsbət və ya mənfi olacağını bilmədiyini deyib.

    “Ümid edirik ki, onlar düzgün cavabı verəcəklər”, - Vens əlavə edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az