Hollandiya Xarici işlər naziri Tom Berendsen sabah Türkiyəyə işgüzar səfər edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidanın görüşdə Avropa İttifaqı tərəfindən başladılan və Avropa təhlükəsizliyinə yönələn təşəbbüslərin NATO çətiri altında bütün müttəfiqlərlə koordinasiya içində həyata keçirilməsinin vacibliyini vurğulaması və Türkiyənin Hollandiyada yaşayan türk icmasının sülh və rifahına verdiyi önəmi çatdırması gözlənilir.
Berendsenin sabahki Türkiyə səfəri Xarici işlər naziri vəzifəsinə təyin olunduqdan sonra Türkiyəyə etdiyi ilk səfər olacaq.