"Livana hücumlar davam edəcək" - Netanyahudan açıqlama

13:51 - 09 Aprel 2026

\"Livana hücumlar davam edəcək\" - Netanyahudan açıqlama

İsrail Livana qarşı hərbi əməliyyatları davam etdirəcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu İran ilə ABŞ arasında əldə olunmuş müvəqqəti atəşkəs fonunda Livan ərazisinə hücumların dayandırılmayacağını bəyan edib.

Baş nazir ABŞ mənşəli X sosial platformasında yaydığı açıqlamada qeyd edib ki, ötən gün Livanın paytaxtı Beyrut şəhərinə endirilən zərbələr nəticəsində Hizbullah lideri Naim Kasımın katibi və qardaşı oğlu Əli Yusuf Harşi öldürülüb.

Netanyahu vurğulayıb ki, Livanın müvəqqəti atəşkəs razılaşmasına daxil edilməsi ilə bağlı müzakirələr aparılsa da, bu məsələ İsrailin hərbi planlarına təsir göstərmir. O bildirib ki, ölkəsi Hizbullaha qarşı əməliyyatları davam etdirəcək.

“Zəruri hesab etdiyimiz hər yerdə Hizbullaha qarşı zərbələr endirməyə davam edəcəyik”, — deyə Netanyahu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az