Türkiyənin xarici işlər naziri Hakan Fidan Niderlandın xarici işlər naziri Tom Berendsen ilə görüş keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, tərəflər arasında görüş Ankara şəhərində baş tutub.
Görüş zamanı iki ölkə arasında münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.