ABŞ-nin Arizona ştatında kiçik təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində qəza baş verib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Marana Hava Limanı ərazisində “Piper PA-32” tipli kiçik təyyarə zolaqdan çıxaraq yanmağa başlayıb.
Rəsmilər bildiriblər ki, hadisəyə başqa bir hava nəqliyyat vasitəsi cəlb olunmayıb. Qəza zamanı təyyarədə olan iki nəfər həyatını itirib.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.