"Uzunmüddətli müharibəyə hazırıq" - İrandan gözlənilməz AÇIQLAMA

15:20 - 09 Aprel 2026

\"Uzunmüddətli müharibəyə hazırıq\" - İrandan gözlənilməz AÇIQLAMA

İran Ordusunun sözçüsü Muhammed Ekreminiya diplomatik danışıqlar prosesinə ehtiyatlı yanaşdıqlarını açıqlayıb. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, görüşlər uğursuz olduğu halda uzunmüddətli müharibəyə hazır olduqlarını bildirib.

Ekreminiya dövlət televiziyasına verdiyi açıqlamada hərbi və diplomatik proseslə bağlı fikirlərini bölüşüb. Sözçü vurğulayıb ki, atəşkəs İranın qətiyyətli mövqeyi sayəsində qarşı tərəfə qəbul etdirilib.

Muhammed Ekreminiya bildirib: “İran düşməni atəşkəsi qəbul etməyə məcbur etdi. Danışıqların əsasını və diqqət mərkəzini İranın şərtləri təşkil edir”. O eyni zamanda prosesə ehtiyatlı yanaşdıqlarını qeyd edərək deyib: “Danışıqların uğurlu olmasını ümid edirik, lakin uğursuz olacağı təqdirdə uzunmüddətli müharibəyə də hazırıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az