Suriya Xarici işlər naziri Esad Hasan Şeybani bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində ikitərəfli siyasi və iqtisadi məsələlər müzakirə olunacaq.
Görüşlərdə regional təhlükəsizlik və əməkdaşlıq imkanları da gündəmə gələcək.
Səfər iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi baxımından önəmli hesab olunur.