İran və ABŞ arasında danışıqlar bu tarixdə keçirilə bilər

19:32 - 09 Aprel 2026

İran və ABŞ arasında danışıqlar bu tarixdə keçirilə bilər

İran və ABŞ nümayəndələrinin Pakistandakı danışıqları aprelin 11-də keçirilə bilər.


Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.

Mənbələrin məlumatına görə, "İran-ABŞ danışıqları aprelin 11-də keçiriləcək".

İran mətbuatı danışıqlarda ölkəni təmsil edəcək nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik edəcəyini bildirib. Onu xarici işlər naziri Abbas Əraqçi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədr müşayiət edəcəklər.

ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner başçılıq edəcək.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif münaqişə tərəflərinə aprelin 10-da İslamabadda görüş keçirməyi təklif etdiyini bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az