Avropa İttifaqı Şengen bölgəsinə giriş-çıxışları rəqəmsallaşdıran yeni sistemi bu gündən tətbiq etməyə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, pasportlara möhür vurulması dövrü sona çatıb və biometrik qeydiyyat məcburiyyəti başlayır.
Yeni sistemlə Şengen ölkələrinə giriş edən üçüncü ölkə vətəndaşlarının pasportlarına fiziki möhür vurulması tətbiqi sona çatır. Bunun yerinə, sərnişinlərin barmaq izi və üz tanıma məlumatları rəqəmsal olaraq qeyd ediləcək.
Yeni tətbiq sayəsində Şengen bölgəsində müəyyən edilmiş vaxtdan artıq qalan şəxslər avtomatik olaraq aşkar edilə biləcək.