İran və ABŞ arasında birbaşa danışıqlar yekunlaşdı - YENİLƏNİB

21:22 - 11 Aprel 2026

İran və ABŞ arasında birbaşa danışıqlar yekunlaşdı - YENİLƏNİB

İran və ABŞ nümayəndə heyətləri ekspert səviyyəsində birbaşa danışıqları yekunlaşdırıblar.


Manset.az xəbər verir ki, bu barədə "Farhikhtegan" məlumat yayıb.

Məlumata görə, tərəflər hazırda müzakirə olunan məsələlərlə bağlı yazılı protokolların mübadiləsini aparırlar.


18:30

CNN-in məlumatına görə, ABŞ və İran rəsmiləri arasında keçirilən danışıqlar bu dəfə birbaşa formatda baş tutur.


İran mənbələri CNN-ə bildiriblər ki, İslamabadda aparılan sülh danışıqları tərəflər arasında üzbəüz görüşlər şəklində həyata keçirilir. Daha əvvəl isə müzakirələrin vasitəçilər üzərindən aparılıb-aparılmayacağı ilə bağlı qeyri-müəyyənlik mövcud idi. ABŞ rəsmisi və regional mənbə yüksək riskli danışıqların həm birbaşa, həm də dolayı formatda keçiriləcəyini bildirmişdi. Qeyd olunur ki, əvvəlki mərhələlər, əsasən, Omanın vasitəçiliyi ilə dolayı danışıqlar şəklində aparılıb, lakin ötən yaz nüvə müzakirələri zamanı bəzi birbaşa təmaslar da baş tutmuşdu.

İran mənbələri CNN-ə bildiriblər ki, İslamabadda aparılan sülh danışıqları tərəflər arasında üzbəüz görüşlər şəklində həyata keçirilir.

Daha əvvəl isə müzakirələrin vasitəçilər üzərindən aparılıb-aparılmayacağı ilə bağlı qeyri-müəyyənlik mövcud idi.

ABŞ rəsmisi və regional mənbə yüksək riskli danışıqların həm birbaşa, həm də dolayı formatda keçiriləcəyini bildirmişdi.

Qeyd olunur ki, əvvəlki mərhələlər, əsasən, Omanın vasitəçiliyi ilə dolayı danışıqlar şəklində aparılıb, lakin ötən yaz nüvə müzakirələri zamanı bəzi birbaşa təmaslar da baş tutmuşdu.


15:28

ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda atəşkəs danışıqları aparmağa hazırlaşır.


Manset.az xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb.

Bildirilib ki, bu görüşlər 1979-cu il İslam inqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli təmaslardan biridir.

Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens danışıqlar ərəfəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.

İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxildir.

Pakistan rəsmiləri bildirir ki, ölkə Yaxın Şərqdə artıq altı həftədir davam edən müharibənin dayandırılması üçün ABŞ və İran arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az