İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

22:21 - 12 Aprel 2026

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan "Hui Yuan" gəmisinin ölkəni tərk etməsinə icazə verilib.


Manset.az TASS-a istinadən xəbər verir ki, İsveçin cənub sahillərində saxlanılan "Hui Yuan" yük gəmisinin kapitanı Ekoloji Məcəlləni pozduğunu etiraf edib və gələcək cərimələrin ödənilməsi üçün girov qoyub.

Bundan sonra gəmiyə ölkəni tərk etməyə icazə verilib.

Daha əvvəl sahil mühafizəsi əməkdaşlarının aprelin 12-də İstad sahilləri yaxınlığında Panama bayrağı altında üzən gəmini saxladıqları bildirilmişdi.

Buna səbəb sahil mühafizəsi təyyarəsinin gəminin dənizə kömür qalıqları boşaltdığını aşkar etməsi olub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az