Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatı çərçivəsində Mert Demir, Emre Fel, Norm Ender və Büşra Pekin-in narkotik testlərinin nəticələri açıqlanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənnilər Mert Demir, Emre Fel, Norm Ender və aktrisa Büşra Pekinin narkotik testi mənfi nəticə verib.
Qeyd edək ki, İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre (Fel) Öztürk, Ender Eroğlu (Norm Ender) və Enes Güler haqqında saxlanılma əmri verilmişdi.