"Hörmüz boğazının blokadası davam edir" - Tramp

22:49 - 13 Aprel 2026

\"Hörmüz boğazının blokadası davam edir\" - Tramp

ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazındakı blokadası davam edir.


Manset.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz İranın bütün dünyanı şantaj etməsinə və ya qorxutmasına imkan verə bilmərik, çünki onlar məhz bununla məşğuldurlar. Biz buna yol verməyəcəyik... Elə indi, biz sizinlə danışarkən bir çox gəmi ən yaxşı neftlə öz ehtiyatlarını doldurmaq üçün ölkəmizə (ABŞ - red.) istiqamətlənir. Tamamilə mümkündür ki, hər şey daha tez həll olunsun", - o bildirib.

Tramp təsdiqləyib ki, blokada Amerika vaxtı ilə səhər saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az