ABŞ ordusu Şərqi Sakit okeanda narkotik daşıdığı müəyyən edilən daha bir qayığa hücum edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatda bildirilir ki, “Hücum nəticəsində 4 kişi narkoterrorçu zərərsizləşdirilib, əməliyyat zamanı ABŞ hərbçilərindən heç biri xəsarət almayıb”.
ABŞ-nin Cənub Komandanlığının (SOUTHCOM) yaydığı açıqlamada qeyd olunub ki, “Cənub Nizəsi” əməliyyatını həyata keçirən birgə tapşırıq qrupu Şərqi Sakit okeanda “terror təşkilatı” kimi müəyyən edilmiş qurumlar tərəfindən istifadə olunan bir qayığa zərbə endirib.
Açıqlamada vurğulanıb ki, narkotik daşıdığı təsbit edilən qayığa hücum əmri SOUTHCOM-un komandanı, ordu generalı Frensis L. Donovan tərəfindən verilib.