Qayıq batdı - 250 nəfər itkin düşdü

12:42 - 15 Aprel 2026

Qayıq batdı - 250 nəfər itkin düşdü

Arakanlı müsəlmanlar (Rohinqya) və Banqladeş vətəndaşlarını daşıyan gəmi batıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Andaman dənizində gəminin batması nəticəsində 250 nəfər itkin düşüb.


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Banqladeş ofisi ABŞ mərkəzli "X" şirkətinin sosial media platformasındakı hesabında bununla bağlı məlumat verib. Arakanlı qaçqınlar və Banqladeş vətəndaşlarını daşıyan bir gəminin şiddətli külək, dalğalı dəniz və artıq yüklü olması səbəbindən Andaman dənizində alabora olduğunu bildirib.


Məlumatda qeyd olunur ki, gəmidə, aralarında qadınlar və uşaqların da olduğu 250 nəfər dənizdə itkin düşüb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az