Nazirliyə kiber hücum - Şəxsi məlumatlar ələ keçirildi

14:49 - 15 Aprel 2026

Nazirliyə kiber hücum - Şəxsi məlumatlar ələ keçirildi

Fransada Təhsil Nazirliyinə qarşı kibertəhlükəsizlik hücumu həyata keçirildiyi bildirilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, tələbələrin şəxsi məlumatları sızdırılıb.


Hücum nəticəsində bəzi tələbələrin ad, soyad, məktəb və sinif məlumatları ilə yanaşı, elektron poçt ünvanları və idarəetmə məqsədilə istifadə etdikləri "EduConnect" sisteminə daxil olmağa imkan verən giriş məlumatları və şifrələri də sızdırılıb.


Nazirliyin saytında verilən açıqlamaya görə, hücum bir nəfərin 2025-ci ildə "EduConnect" sisteminə bağlı tələbə hesablarının idarə edilməsi xidmətinə, səlahiyyətli bir işçinin kimliyini pis niyyətlə istifadə edərək hesabına daxil olmasından qaynaqlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az