"Beşiktaş"ın bu ulduzu əməliyyat olundu - FOTO

15:25 - 15 Aprel 2026

\"Beşiktaş\"ın bu ulduzu əməliyyat olundu - FOTO

"Beşiktaş"ın tanınmış ulduzu əməliyyat olunub. 



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Super Liqasının komandalarından "Beşiktaş"da ayaq biləyinin daxili və xarici tərəf bağları zədələnmiş orta sahə oyunçusu Kartal Kayra Yılmaz əməliyyat olunub.


Klubundan verilən açıqlamaya görə, Kartal Kayra məşq zamanı keçirdiyi ayaq biləyi zədələnməsi sonrası planlaşdırılan cərrahiyyə müalicəsi çərçivəsində klubun tibbi heyətinin rəhbəri Dos. Dr. Kerem Ülkü tərəfindən əməliyyat edilib.


Artroskopik kollateral bağ rekonstruksiyası tətbiq olunan "Beşiktaş"lı futbolçunun sağlamlıq vəziyyətinin yaxşı olduğu və bərpa prosesinə başlanacağı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az