Ermənistan hava məkanını bağlayır

20:56 - 15 Aprel 2026

Ermənistan hava məkanını bağlayır

3-dən 5-dək Ermənistanın hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağandır.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. 

“3-5 may 2026-cı il tarixlərində Ermənistanda keçirilməsi planlaşdırılan genişmiqyaslı tədbirləri (8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısı, Ermənistan-Aİ Sammiti və Yerevan Dialoqu) və bu tədbirlərdə iştirak edəcək çoxlu sayda xarici nümayəndə heyətini nəzərə alaraq, təhlükəsizlik baxımından hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağandır”, - bəyanatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az