Ötən gün Türkiyənin Kahramanmaraş şəhərinin Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbinə silahlı hücumda 8 şagird və 1 müəllimi öldürən və 17 şagirdi yaralayan İsa Aras Mersinli ilə bağlı qəribə detal ortaya çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, təqsirləndirilən şagirdin "WhatsApp" profil şəkli kimi Elliot Rodgeri istifadə etdiyi ortaya çıxıb.
Məlum olub ki, 2008-ci il təvəllüdlü Mersin sakini 2014-cü ildə ABŞ-də baş verən atışmada altı nəfəri öldürən Elliot Rodgerin şəklini onlayn mesajlaşma tətbiqi "WhatsApp"da profil şəkli kimi istifadə edib. Qeyd edək ki, 23 may 2014-cü ildə 22 yaşlı Rodcer Kaliforniyanın İsla Vista şəhərində bıçaq və silahla hücum edərək altı nəfəri öldürüb və sonra intihar edib.