Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən İsa Aras Mersinlinin polis müfəttişi olan atası Uğur Mersinli məhkəməyə ifadə verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, o deyib: "Oğlum interaktiv oyunlar oynayırdı, otağıma girdiyimdə isə hər şeyi söndürürdü. Təxminən bir ay əvvəl mənə dostlarının silahla atış etdiyini söyləyib və mənə bunu nə zaman edə biləcəyini soruşdu. Bazar ertəsi günü polis poliqonuna gedib özümə aid silahla atış etdim, oğluma da bir neçə atış etdirdim. Son iki aydır evimizin yaxınlığında olan bir xüsusi psixoloqa İsa Arası aparırdım. Söz konusu psixoloq, oğlumun cəmiyyətlə uyumunda problem yaşayacağına və bir az izlənməsi lazım olduğuna, gələcəkdə psixiatriya müalicəsi lazım ola biləcəyinə diqqət çəkmişdi. Son dəfə üç həftə əvvəl psixoloqa getmişdi, amma son zamanlar psixoloqa getməkdən qaçırdı".
İfadə verən ata fikirlərinə bunları da əlavə edib: "Oğlum kompüter və mobil telefonunu ingilis dilində istifadə edirdi, mən isə ingilis dilini bilmədiyim üçün onun telefonunda və kompüterində nə ilə məşğul olduğunu izləyə bilmirdim. Oğlumun hansı oyunları oynadığını bilmirəm, amma tez-tez müharibə oyunları oynadığını görərdim. Ona nə etdiyini soruşduğumda isə mövzunu dəyişdirirdi, normal bir cavab ala bilmirdim".