Pentaqonun Kuba ilə bağlı mümkün hərbi ssenarilərə hazırlıq gördüyü iddiaları, Vaşinqton-Havana xəttində gərginliyi artırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Trampın sərt açıqlamalarından sonra bütün diqqətlər Karib dənizinə yönəlib. Bütün dünyanı bir sual maraqlandırır: "İrandan sonra yeni hədəf Kubadır?".
ABŞ mətbuatında yayılan iddia Vaşinqton-Havana gərginliyini yenidən dünya gündəminə daşıyıb. Məlumata görə, Pentaqon Prezident Donald Trampın mümkün bir əmri əsasında Kuba ilə bağlı hərbi ssenarilər üçün hazırlıq planlarını sürətləndirib.
Xəbərdə, Tramp administrasiyasının yanvar ayında Kubaya neft tədarükünü məhdudlaşdıran addımlar atdığı və bunun iki ölkə arasındakı gərginliyi artırdığı qeyd edilib. Vaşinqton ilə Havana arasında əvvəllər iqtisadi normallaşma müzakirələri aparılsa da, son həftələrdə əlaqələrin yenidən gərginləşdiyi vurğulanıb.