Dünyaca məşhur müğənni Madonnanın son hərəkəti diqqət çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məşhur sənətçi bütün sosial media paylaşımlarını silib.
Bu addım pərəstişkarları arasında böyük bir həyəcan yaradıb və yaxın zamanda bir elan veriləcəyi gözləntilərini artırıb.
Həmçinin Madonna profil şəklini bulanıq bir görüntü ilə dəyişdirib. Saytında yer alan gümüş çizməli iki ayaq və yanında bir hoparlör olan illüstrasiya bir çox insan tərəfindən yeni layihənin loqosu kimi şərh edilir.