Şahbaz Şəriflə İshaq Dar Türkiyədədirlər

23:04 - 16 Aprel 2026

Şahbaz Şəriflə İshaq Dar Türkiyədədirlər

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak məqsədilə Türkiyədə səfərdədirlər.


Manset.az xəbər verir ki, bu barədə İshaq Dar "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - nazir bildirib.

Pakistanın xarici işlər naziri qeyd edib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir: "Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az