İran hava məkanında yeni qaydalar 

13:38 - 18 Aprel 2026

İran hava məkanında yeni qaydalar 

Fevralın 28-dən sonra ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını qismən mülki uçuşlar üçün açıb. Hazırda yalnız şərq bölgəsində uçuşlara icazə verilir, qərb istiqaməti isə hələ də bağlı qalır.


Manset.az xəbər verir ki, uçuşların həyata keçirilməsi xüsusi qaydalarla tənzimlənir. Belə ki, təyyarələr İran hava məkanına daxil olmamışdan və çıxmamışdan əvvəl dispetçerlərlə əlaqə saxlamalıdır. Bu qaydaların aprelin 25-dək qüvvədə qalacağı bildirilir.

Eyni zamanda, Tehran şəhərindəki hava limanları da daxil olmaqla, ölkənin bir neçə mülki hava limanı məhdud saatlarla fəaliyyət göstərir və gündə təxminən 11 saat açıq olur.

Xatırladaq ki, regionda gərginlik İran və İsrail arasında baş verən qarşıdurmadan sonra artmışdı. ABŞ-nin də prosesə qoşulması vəziyyəti daha da mürəkkəbləşdirmiş, nəticədə bir sıra ölkələr hava məkanını müvəqqəti bağlamaq məcburiyyətində qalmışdı. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az