Bəzi media orqanlarının yaydığı yalan məlumatların əksinə olaraq, ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir.
Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Truth Social-da yazıb.
"Mən müharibəni böyük fərqlə qazanıram, işlər çox yaxşı gedir, Silahlı Qüvvələrimiz inanılmaz dərəcədə yaxşı çıxış edib və saxta xəbərləri oxusanız, əslində müharibəni uduzduğumuzu düşünərdiniz. Düşmən (İran - red.) çaşqınlıq içindədir, çünki eyni media məlumatlarını alırlar",- deyə o yazıb.